Laçında mükafatlandırma mərasimi

post-img

Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi olub. 

Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək, iştirakçılara və laçınlılara bayram təbriklərini çatdırıb. 

Çıxışlardan sonra Laçının yenidən qurulmasındakı fəaliyyətlərinə görə “Azə­renerji” ASC, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, Azərbaycan Avtomo­bil Yolları Dövlət Agentliyi və “Azəriinşaat” şirkəti mükafatlandırılıb.

Həmçinin şəhərin yenidən qurulma­sında, abadlaşdırılmasında və məşğullu­ğun təmin olunmasında xidmətlərinə görə “Laçın Abadlıq Xidməti” ASC, “Dam Plus”, “Komiforest”, “Nakhish”, “EL-EL”, “ARTE” şirkətləri, mədəni-kütləvi tədbirlərin təşki­lində əvəzsiz xidmətlərə görə “Bakı Abad­lıq Xidməti” MMC, yenidənqurma işlərinin və tədbirlərin işıqlandırılmasında göstə­rilən dəstəyə və xidmətlərə görə “Abshe­ron Group Production” təltif edilib.

Tanınmış fotoqraf Reza Deqati Azər­baycan, o cümlədən Laçın həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmət­lərinə görə, Əməkdar mədəniyyət işçisi, rəssam Elçin Orucov isə Laçın şəhərində mədəni həyatın dirçəlməsindəki xidmət­lərinə görə mükafata layiq görülüb. 

XQ

Son xəbərlər