Mərkəzi Seçki Komissiyasının sədri ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüşüb

post-img

Dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının rəhbəri İoğan Mörfi ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən ve­rilən məlumata görə, müşahidə missiyası­nın rəhbərini və üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirib.

MSK-dakı səmimi qəbula və sıx iş qra­fikinə rəğmən görüş üçün vaxt ayırdığına görə sədr Məzahir Pənahova minnətdarlı­ğını ifadə edən İoğan Mörfi seçki müşahi­də missiyasının strukturu və tərkibi barədə məlumat verib. Missiya üzvləri qarşıdan gələn seçkilərə hazırlıqların gedişi ilə ma­raqlanıb, MSK sədrindən həyata keçirilən və planlaşdırılan layihələr barədə onları məlumatlandırmasını xahiş ediblər.

Sədr M.Pənahov rəhbərlik etdiyi qu­rumun beynəlxalq təşkilatlarla əlaqələrə mühüm əhəmiyyət verdiyini, əməkdaşlığa hər zaman açıq olduğunu və bütün pro­seslərin geniş aşkarlıq şəraitində reallaş­dırıldığını vurğulayıb. O, Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və sözügedən seçkilərlə əlaqədar həyata ke­çirilmiş, eləcə də nəzərdə tutulan müxtəlif səpkili layihələrdən danışıb. Seçki hazır­lıqlarının ardıcıl və sistemli şəkildə davam etdiyini deyən sədr bildirib ki, növbədənkə­nar Azərbaycan Respublikası Prezidenti seçkilərində indiyədək 5-i siyasi partiyalar, 10-u özü tərəfindən irəli sürülən, ümumi­likdə 15 nəfərin namizədliyinin irəli sürül­məsi MSK-nın müvafiq qərarları ilə təsdiq olunub.

O cümlədən diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən hazırda təqdim olunan imza vərəqələri və digər seçki sənədləri peşəkar işçi qrupu tərəfin­dən yoxlanılır. MSK sədri seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılması, həm də seçkilərlə bağlı hər hansı digər prosedur­larda yaxından iştiraka dəvət edib. Bildirib ki, bütün mərhələlər kimi, tam şəffaf hə­yata keçirilən və ictimaiyyətə açıq olan bu proseslərin müşahidə edilməsi üçün də geniş imkanlar yaradılıb. Digər maraqlı şəxslər kimi, onlar da hər zaman işlərin gedişatını birbaşa müşahidə edə bilərlər.

Görüşdə çərçivəsində, həmçinin qar­şılıqlı maraq doğuran bəzi məsələlər ətra­fında da fikir mübadiləsi aparılıb. 

XQ

Son xəbərlər