“Ulu öndər Heydər Əliyevin izi ilə”

post-img

Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ulu öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Qu­luzadə Azərbaycanda turizmin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qo­yulduğunu və onun siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi­ni qeyd edib. O, “Heydər Əliyevin izi ilə” turunun turizm məhsullarının şaxələndir­məsində töhfəsini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev Heydər Əliyevin Naxçı­vandakı fəaliyyəti və muxtar respublikanın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov “Naxçıvan Muxtar Respublika­sının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən turizmin prioritet sahələrdən biri olduğunu qeyd edib.

Təqdimatda turun Ulu öndərin Naxçı­vanda qorunmasına xüsusi diqqət ayırdı­ğı tarix və mədəniyyət abidələrini, həyat və fəaliyyəti ilə əlaqəli, eləcə də onun xatirələrinin yaşadıldığı məkanları əhatə etməsi haqqında məlumat verilib.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respubli­kası Prezidentinin səlahiyyətli nümayən­dəsi Fuad Nəcəfli ilə media nümayən­dələrinin görüşü təşkil edilib.

Səfər çərçivəsində media və sənaye nümayəndələri üçün Ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə Sibirdən gəti­rilərək doğma vətənində dəfn edilən və qəbri üzərində xatirə abidəsinin ucaldıldı­ğı böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin məqbərəsinə, hazırda Bəhruz Kəngərli Muzeyi kimi fəaliyyət göstərən Heydər Əliyevin 1938–1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasına Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərən, tarixən Zaviyə-mədrəsə binası kimi tanınan, Ümummilli liderin 1930-cu illərdə şahmat, musiqi və dram dərnəklərinin üzvü olduğu Naxçıvan Şəhər Pionerlər evinin binası­na, ulu öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əsha­bi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə, Ümummilli liderin təşəbbüsü ilə 1977-ci ildə "qoruq-şəhər" elan edilmiş Ordubad şəhərinə, o cümlədən, “Xan sarayı” Döv­lət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, Nax­çıvan Dövlət Milli Dram Teatrına tanışlıq turu təşkil edilib.

İkigünlük proqram qeyd olunan mə­kanlardan əlavə Heydər Əliyev Muzeyini, “Əlincəqala” tarixi abidəsini, “Qeysəriyyə” binasını və Ordubad Cümə məscidi də daxil olmaqla Naxçıvan, Culfa və Odubad şəhərlərində olan əsas tarixi məkanları əhatə edir.

Son xəbərlər