“Səngəçal” stansiyası 15 ildir ölkəyə fasiləsiz enerji verir

post-img

İstismara verildiyi tarixdən bu il dekabrın 1-dək “Səngəçal” modul tipli elektrik stansiyasında 17,5 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən verilən məlumata görə, stan­siyada elektrik enerjisi istehsalı 2020-ci ildə 1,07 milyard kilovat-saat, 2021-ci ildə 1,06 milyard kilovat-saat, 2022-ci ildə 0,92 mlrd. kVt-saat, 2023-cü ilin 11 ayında isə 0,71 kilo­vat-saat təşkil edib.

Qeyd edək ki, 2008-ci ilin dekabr ayının 24-də istismara verilmiş stansiyada hər birinin gücü 16,62 meqavat olan 18 qaz porşenli aqreqat quraşdırılıb. Qurğunun ümumi qoyuluş gücü isə 300 meqavatdır.

XQ

İqtisadiyyat