2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiya iqtisadiyyatına birbaşa yönəldilmiş investisiyaların həcmi 33,3 milyon dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə və ya 23,8 milyon dollar artıb. Belə ki, 2022-ci ili yanvar-sentyabr aylarında Azərbaycandan Rusiya iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların həcmi 9,5 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2023-cü ilin 9 ayında Azərbaycandan dünya iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 2 milyard 691 milyon dollara yüksəlib.
XQ