Xaçmazın da “Abad məhəllə”si var

post-img

Xaçmaz şəhərində çoxmənzilli yaşayış binalarının həyətində “Abad məhəllə” layihəsinin icrası başa çatıb. Abad məhəllə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən 62, 62a və 64 saylı binaların həyətində salınıb.

“Abad məhəllə” 31 Dekabr – Dün­ya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində sakinlə­rin istifadəsinə verilib. Sakinlərin asu­də vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə söhbətgah və oturacaqlar qoyulub, uşaq-əyləncə və idman qurğuları quraşdırılıb, yeni ya­şıllıqlar salınıb.

Məhəllə sakinləri görülən işləri yük­sək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

XQ

Son xəbərlər