Çinin yeni superkompüteri

post-img

Çinin Quançjou şəhərində yerləşən Milli Superkompüter Mərkəzinin mütəxəssisləri ölkənin superkompüterini işə salıblar. “Tianhe Xingyi” adlandırılan superkompüterin dünyanın ən performanslı texnologiyası olduğu iddia edilir. 

Superkompüterdə neçə pro­sessorun olduğu açıqlanmır. Lakin məlumdur ki, onun mak­simal performans göstəricisi 1.7 EFLOPS (ekzaflops) təşkil edir. Müqayisə üçün qeyd etmək lazım­dır ki, daha öncəki rekord “Frontier”ə məxsusdur və onun maksimal həddi 1.194 EFLOPS təşkil edir.

Ehtimal olunur ki, kompüterin əsas prosessoru Çində istehsal edilmir. 

R.FİKRƏTOĞLU
XQ

Dünya