“Köpük dumanlığı”nın əlvan boyaları

post-img

“Köpük dumanlığı” Yerdən təx­minən 71 min işıq ili uzaqlıqda yer­ləşir. 1787-ci ildə ingilis astrono­mu Uilyam Herşel tərəfindən kəşf edilən bu ulduzun yaşı, təxminən, 4 milyon ildir və o, Günəşdən, təq­ribən 45 dəfə böyükdür. Dumanlıq saatda 4 milyon mil sürətlə hərəkət edir. Onun içində ulduzların heyrə­tamiz görüntüsü müşahidə olunur. 

Bu ulduz kosmosda mövcud olan isti qaz topluluğundan ibarət­dir. Bu qazlar müxtəlif rənglərdə əks olunur. Rənglər temperatur­ların dərəcələrinə görə fərqlidir. Məsələn, oksigen mavi işıq yayan duman, hidrogen və azotun qarışı­ğı isə sarı rəngli dumandır.

Qeyd edək ki, qaz və dumanlı­ğın içində seyrək yayılmış ulduzlar kosmosun qaranlığını əlvan rəng­lərlə boyayır. Təəssüf ki, kosmos­dakı gözəllikləri biz adi gözlə görə bilmirik. 

Ayan SƏMƏDQIZI,
tələbə-jurnalist

Dünya