Küncüt: özü balaca – faydası böyük

post-img

Hindistan alimləri küncütün xərçəng əleyhinə təsirini sübut ediblər. Araşdırmalar nəticəsində aydın olub ki, küncütün aktiv maddələri qaraciyəri qoruyur, xolesterini azaldır, təzyiqi tənzimləyir, hətta xərçəngin qarşısını alır.

Nutrisoloq Lana Belyayeva küncü­tün qədim hind təbabətində möcüzəvi təsirinin olduğu barədə fikirlərini bö­lüşüb. Deyib ki, küncüt vitamin, zülal, minerallarla zəngindir, kalsium, fosfor mənbəyidir. Həm də orqanizmə enerji verir, qadınlara faydalıdır.

Hindistanda küncüt yağı baş və bədənin masajı, daxilə qəbul, miqren, diabet, psoriaz, hepatit, iltihabi proses­lərdə istifadə olunur. Mütəxəssislər, eyni zamanda, küncütün qarınişlədici, bağırsaqları təmizləmə xüsusiyyətinə malik olduğunu bildirirlər.

Təmiz küncüt yağı ilə ağızı yaxa­lamaq sinusit və diş əti xəstəliklərini sağaldır. Küncütdə olan sezamin anti­oksidant, antibakterial təsir edir. Məhz antioksidantlar hüceyrələri qocalmaq və ölməkdən qoruyur.

O, göbələk, mikoz, stafilakokkla mübarizə aparır. Son elmi araşdırma­lar sübut edib ki, küncüt yağı diabet xəstələrinin müalicəsində tətbiq edilə bilər. Küncüt qanda qlükozanı da ki­fayət qədər aşağı sala bilir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat