Abşeronda yağmursuz, bölgələrdə yağıntılı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoro­logiya Xidmətinin verdiyi məlumata əsasən, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözləni­lir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. 

Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sü­tunundan 747 mm civə sütununa enəcək, nisbi rütubət 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gün­düz 2-7° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya