Avarçəkmə millimizin yeni baş məşqçisi

post-img

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federa­siyasının mətbuat xidmətindən bildirilib ki, yığ­manı bundan sonra ukraynalı Vladimir Morozov çalışdıracaq. 70 yaşlı mütəxəssis bundan əvvəl Ukrayna millisinə rəhbərlik edib. 

Qeyd edək ki, Ukrayna idmançıları Vladimir Morozovun rəhbərliyi altında “London-2012” Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıblar.

Leyla SABİRQIZI 
XQ

İdman