Voleybolun son oyunu: “Neftçi” qalib gəlib

post-img

Yüksək Liqada kişi voleybolçular arasında ilin son matçı keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matçda “Azərreyl” və “Neftçi” klubları görüşüblər. Qarşılaşma “ağ-qa­ralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, turnir cədvəlinə 16 xalla “Xarı Bülbül Şuşa” başçılıq edir. “Azərreyl” 14 xalla 2-ci, “Murov” 13 xalla 3-cü yerdədirlər. “Neftçi” (10 xal) 4-cü, “Xarı Bülbül Laçın” (4 xal) 5-ci, xal­sız MOİK isə 6-cı pillədə qərarlaşıblar. 

Leyla SABİRQIZI 
XQ

İdman