“Prezident kuboku– 2023”: Finalçılar məlumdur

post-img

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə start götürən çövkən milli atüstü oyunu üzrə “Prezident kuboku” turnirində finalçılar məlum olub. 

Yarımfinalda “Polad” komandası “Omar” yığ­masına 4-1 hesabı ilə qalib gələrək finala yüksə­lib. Digər yarımfinal oyununda isə “Sərhədçi-Qa­rabağ” komandası “Sərhədçi-Dilbaz”ı minimal hesabla üstələyərək finalda “Polad” komandası­nın rəqibi olub.

Turnirin final oyunları bu gün keçiriləcək. Gü­nün ilk oyunu “Sərhədçi-Dilbaz” komandası ilə “Omar” arasında 3-cülük uğrunda olacaq. Kubo­kun sahibini isə “Polad” və “Sərhədçi-Qarabağ” komandaları müəyyən edəcək.

Final oyununun ardınca turnir iştirakçılarının təltifetmə mərasimi keçiriləcək. 

Leyla SABİRQIZI 
XQ

İdman