Muxtar respublikada məhsul bolluğunun elmi əsası yaradılıb

post-img

Azərbaycanın Naxçıvan bölgəsində aqrar sektorun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının becərilməsinin, istehsalının və emalının innovativ üsullar əsasında təşkili aktual problemlərdən biridir. Bu baxımdan bölgədə meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün genişləndirilməsi prioritet istiqmət kimi diqqət çəkir. 

Muxtar respublikada mey­vəçilik, tərəvəzçilik və üzüm­çülük sahələrinin innovativ əsaslarla genişləndirilməsi, genefondun tədqiqi, tətbiqyö­nümlü sortların seçilərək əkin dövrüyyəsinə daxil edilməsi, aqrotevniki qulluq işlərinin təkmilləşdirilməsi, sahələr­dən yüksək maddi gəlirin əldə olunması məqsədilə yüksək ixtisalı kadrların hazırlanması bu sahələr üzrə elmi əsas­ların yaradıılması zərurətini ortaya qoyub. Bu baxımdan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçı­van Bioresurslar İnstitutunun meyvə, tərəvəz və üzümçü­lük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyev, baş elmi işçi dosent Loğman Bayramov və Azərbaycan Aqrar Universi­tetinin bağçılıq kafedrasının əməkdar müəllimi, dosent Hüseyn İdrisovun həmmüəllifi olduqları “Naxçıvanda mey­vəçilik, tərəvəzçilik, üzümçü­lük” adlı monoqrafiyanın işıq üzü görməsu təqdirəlayiq iş kimi diqqət çəkir. 

Müvafiq dövlət proqram­larını əhatə edən bu fun­damental monoqrafiya giriş və meyvəçilik, tərəvəzçilik, üzümçülük sahələri üzrə 3 bölmədən ibarətdir. Prakti­ki əhəmiyyətli fundamental monoqrafiyada müvafiq fə­sillərdə becərilən ayrı-ay­rı meyvə-tərəvəz və üzüm sortları, onların tədqiq olun­ması, iqtisadi səmərəliliyi haqqında elmi məlumatlar, həmçinin rəngli fotoşəkillər verilib. Dərslik kimi də isti­fadə olunacaq bu kitabda, həmçinin Naxçıvan iqtisadi bölgəsinin aqrar sektorunda meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün inkişaf tarixi, problemləri, müasir vəziyyəti, perspektivləri, becərilən sort­ların biologiyası və aqrotexni­kası haqqında elmi və praktiki məlumatlar yer alıb. 

Monoqrafiyada muxtar respublika üzrə meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün sistematikası, genefond tər­kibi, xəstəlik və zərərveri­ciləri, onlara qarşı mübarizə tədbirləri, geniş becərilən tətbiqyönümlü sortlar haqqın­da elmi məlumatlar öz əksini tapıb. Həm praktiki, həm də elmi əhəmiyyətli dərslik və­saiti Azərbaycan Dövlət Aqrar Universitetinin və Naxçıvan Dövlət Universitetinin müva­fiq kafedralarında, həmçinin aqraryönümlü təhsil müəs­sisələrinin bakalavr və ma­gistr pillələrində kadr hazırlığı sahəsində çalışan professor, müəllim, eləcə də tələbələrin istifadəsi üçün nəzərdə tutu­lur. Yeni nəşrdən meyvəçilik, tərəvəzçilik, üzümçülük üzrə elmi işçilər, kənd təsərrüfatı mütəxəssisləri, fermer təsər­rüfatı ilə məşğul olan sahib­karlar, fərdi torpaq sahibləri, aqronomlar və digər şəxslər də faydalan bilərlər. 

Maqsud QURBANOV,
AMEA-nın müxbir üzvü, professor

Son xəbərlər