Pilot suvarma sistemləri qurulacaq

post-img

Muxtar respublikanın Meliorasi­ya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumata görə, son illər havaların quraqlıq keçməsi, yağıntının illk normadan aşağı ol­ması səbəbindən su mənbələrində və çaylarda suyun miqdarı norma­dan aşağı olub. Ona görə də qapalı suvarma şəbəkəsindən daha geniş istifadə etmək zərurəti yaranıb. Belə bir vəziyyət nəzərə alınaraq muxtar respublikada 6 min 118 hektar sahə­də qapalı suvarma şəbəkəsi tikilərək istifadəyə verilib.

Məlumatda daha sonra qeyd edi­lir ki, “Naxçıvan Muxtar Respublika­sinin sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illərin Dövlət Proqramı” ənənəvi suvarmadan mərhələli şəkildə daha mütərəqqi suvarma sistemlərinin tətbiqinə keçmək zərurətini yaradıb. Buna görə də hazırda mövcud qapalı suvarma şəbəkəsi üzərində mütərəqqi suvarma sistemlərindən olan pivot su­varma sisteminin tətbiq edilməsi nəzər­də tutulur.

XQ

Son xəbərlər