Muxtar Respublika İqtisadiyyat Nazirliyinin açıqlamasında Naxçıvanda yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı sayəsində bu ilin 11 ayında yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayının ilin əvvəli ilə müqayisədə 2 dəfə artdığı, həmçinin hesabat dövründə yeni qeydiyyata alınan keçmiş obyektlərin sayının 2,3 dəfəyə, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayının 39 faiz, qeydiyyatda olan POS-terminalların sayının isə 28 faizə yüksəldiyi bildirilib.
Hazırda muxtar respublikada bir sıra özəl müəssisələr, o cümlədən 22 özəl təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan da 1-i universitet, 21-i isə hazırlıq kurslarıdır. 11 ay ərzində hazırlıq kursları kimi fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 3 dəfə artıb.
XQ