İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirildiyinə görə, Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində 11 ayda istehlakçılara 752,2 min manat, təkcə noyabr ayında isə 100,1 min manat ƏDV geri qaytarılıb. Məlumata görə, yanvar ayı ilə müqayisədə noyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,8 dəfə artıb.
Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Bu il dekabrın 1-nə muxtar respublikada 2 min 554 ədəd yeni nəsil aparat quraşdırılıb. 11 ayda belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 205,5 milyon manat olub.
XQ