Bu il fermerlərə 2,8 milyon manat sığorta ödənilib

post-img

2023-cü ilin 11 ayında ölkədə sığortalanmış fermer və təsərrüfatlara, ümumilikdə, 2 milyon 742 min manat ödəniş edilib. Təsərrüfatlara edilən ödənişlər həm bitkiçilik, həm də heyvandarlıq üzrə dəymiş zərərləri əhatə edir.

Aqrar Sığorta Fondunun məluma­tına görə, hesabat dövründə bitkiçilik təsərrüfatları üzrə 2 milyon 44 min ma­nat, heyvandarlıq təsərrüfatları üzrə isə 698 min manat həcmində sığorta ödə­nişi edilib. Xatırladaq ki, ki, Aqrar Sı­ğorta Fondu 2021-ci ildə təsərrüfatlara dəyən zərərlər üzrə fermerlərə 1,7 mil­yon manat, 2022-ci ildə isə 2,3 milyon manat ödəniş edib. Yeri gəlmişkən, bu ilin 11 ayında həyata keçirilən ödənişlə­rin əvvəlki illərdən daha artıq olmasının səbəbi ölkədə aqrar sığorta istifadəçilə­rinin saynın artması, eləcə də qeyri-sa­bit hava şəraiti və təbiət hadisələrinin çoxalmasıdır.

Fonddan bildiriblər ki, dəyən zərər­lərə görə aqrar sığorta ödənişləri yalnız sığortalı fermer və təsərrüfatlara edilir. Bu zaman fond tərəfindən əkin sahələ­ri, bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığortalanır. Fermerlərə dəstək məqsə­dilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

XQ

Son xəbərlər