Kürdəmirdə Aqrar İnnovasiya Festivalı

post-img

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ilin son Aqrar İnnovasiya Festivalı Kürdəmir rayonunda keçirilib.

Festivalda Kürdəmirlə yanaşı, Sa­birabad, İmişli, Zərdab, Ucar, Göyçay, Ağsu və Hacıqabul rayonlarından da olan fermerlər iştirak ediblər.

Tədbirdə aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl bölmələri təmsil edən qurum və şirkətlərin nümayəndələ­ri öz məhsul və xidmətlərinin nümayişini həyata keçiriblər. Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən ənənəvi məhsullar ilə yanaşı, “ağıllı” kənd təsər­rüfatı sistemləri, quraqlığa davamlı yeni seleksiya nailiyyətləri, ekoloji sistemə uy­ğun texnologiyalar və mütərəqqi avadan­lıqlar nümayiş olunub.

Festivalda yerli şirkətlərlə yanaşı, Öz­bəkistanın orqanik gübrə və biotexnoloji avadanlıqların istehsalı, eləcə də kənd təsərrüfatı texnikaları üzrə ixtisaslaşmış 2 şirkəti iştirak edib. Bundan başqa, kənd təsərrüfatı sahəsi üzrə mütərəqqi texno­logiyaların tətbiqinin rolu və effektivliyinin nümayişi məqsədilə məhsul istehsalçıları üçün “Rəqəmsal kənd təsərrüfatı biliklə­rinin artırılması” bölməsi üzrə panel mü­zakirəsi keçirilib. Tədbirdə, həmçinin yerli bazarda fəaliyyət göstərən özəl şirkətlə­rin nümayəndələri tərəfindən sensor pa­nel və ya smartfondan istifadə etməklə suvarma idarəsinə və göstəricilərə nə­zarət etməyə imkan yaradan mütərəqqi texnologiyalar, kənd təsərrüfatı texnika­larının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyalar, kənd təsərrüfatı sahəsində fermerlərin xidmət­lərə əlçatanlığının artırılması məqsədilə yaradılmış mobil tətbiqlər barədə təqdi­matlar edilib, qabaqcıl texnologiyaların, təcrübələrin istifadəsinin təşviqi ilə bağlı müzakirələr aparılıb. 

Xatırladaq ki, cari il Azərbaycanın 14 rayonunda Aqrar İnnovasiya Festivalı ke­çirilib. 12 minə yaxın fermerin iştirak edib faydalandığı bu festivallarda kənd təsər­rüfatının müxtəlif sahələrinə aid məhsul və texnologiyalar sərgilənib, aqrar sahə­nin prioritet mövzularına dair 50-ə yaxın təlim və məlumat sessiyası keçirilib. 

XQ

Son xəbərlər