Amerikalılar HIMARS üçün yeni raketi sınaqdan keçiriblər

post-img

ABŞ M142 HIMARS və M270 MLRS sistemləri üçün uzun mənzilli ER GMLRS raketlərinin sınaqlarını uğurla həyata keçirib. Bu barədə HIMARS sistemlərinin istehsalçısı, həmçinin hərbi texnika və silahların satışı üzrə dünya lideri olan "Lockheed Martin" şirkəti məlumat verib.

Qeyd olunur ki, sınaqlar son iki ildə davam etdirilib.

"Hər bir sınaq sistemin HIMARS buraxılış qurğusu ilə inteqrasiya qabiliyyətini, həmçinin mərminin məsafəsini, trayektoriyasını və dəqiqliyini təsdiqlədi", - konsernin bəyanatında deyilir.

Sınaqlar Nyu-Meksikodakı "White Sands Raket" Poliqonunda (WSMR) aparılıb. Sınaqlar zamanı alternativ və unitar başlıqlı raketlərdən istifadə edilib.

ER GMLRS müxtəlif məsafələr, xüsusən 150 km-ə qədər olan maksimum məsafə üçün sınaqdan keçirilmişdir. Sınaqlar başa çatdıqdan sonra "Lockheed Martin" ABŞ ordusu ilə əməliyyat sınaqlarını davam etdirəcək.

S.ELAY

XQ

Dünya