Paytaxt müstəqilliyimizin banisini dərin ehtiramla yad etdi

post-img

Fövqəladə Hallar Nazirliyi

Ümummilli lider Heydər Əliyevin vəfa­tının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdən əvvəl Dövlət himni səsləndirilib, Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sü­kutla yad edilib.

Toplantıda çıxışçılar dahi şəxsiyyətin şərəf­li həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı danışıblar. Natiqlər dahi rəh­bərin xalqa və Vətənə sonsuz sevgisinin, Azər­baycan dövlətçiliyinə hədsiz sədaqətinin indiki və gələcək nəsillərə böyük örnək olduğunu bil­dirib, səksən illik mənalı həyatında xalqa xid­mət yolunda əsrlərə sığmayacaq qədər böyük tarixi işlər gördüyünü diqqətə çatdırıblar. Son­da Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Energetika Nazirliyi 

Azərbaycan dövlətinin memarı və qu­rucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirindən əvvəl nazirliyin rəhbərliyi və kollektivi Fəxri Xiyabana ge­dərək dahi liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanı tarixinin ən çə­tin dövrlərində iqtisadi tərəqqiyə, siyasi yük­səlişə və mədəni intibaha aparan dahi rəhbə­rin uzaqgörən siyasətinin nailiyyətlərindən danışılıb. Sonda müdrik dövlət xadiminin 100 illik yubileyi ilə əlaqədar nazirlik üzrə təsdiqlənmiş təqvim planının icrasına dair təqdimat nümayiş etdirilib, görülən tədbirlər barədə hesabat dinlənilib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Ulu öndər Heydər Əliyevin anım gü­nünə həsr olunmuş konfransda çıxış edən universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, XX əsrin sonu– XXI əsrin əvvəllərində Azərbaycana Heydər Əliyev kimi təcrübəli bir dövlət başçısının rəhbərlik etməsi xalqımızı böyük bəlalar­dan qurtardı. 

Mərasimdə bildirilib ki, məhz dahi şəx­siyyətin müdrikliyi, iradəsi və qətiyyəti sayəsində vətəndaş müharibəsi və etnik se­paratizm təzahürlərinin qarşısı alındı, haki­miyyəti zorakı yollarla devirmək praktika­sına birdəfəlik son qoyuldu, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Məra­sim Ümummilli liderə həsr olunmuş sənədli film nümayişi ilə davam edib. Sonra “Heydər Əliyev və Azərbaycanda dinlərarası dialoq”, “Türk dünyasının birliyinin möhkəmlənmə­sində Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzu­sunda məruzələr dinlənilib.

AMEA Folklor İnstitutu

AMEA-nın Folklor İnstitutunda Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirdən öncə dahi şəxsiyyətin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sü­kutla yad edilib.

Toplantıda çıxış edənlər Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında misilsiz xidmətlərindən danışıb, onun haki­miyyətinin həm sovet, həm də müstəqillik dövründə Azərbaycan dilini, ədəbiyyatını daim dəyərləndirdiyini, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda folk­lor şöbəsinin məhz Ulu öndərin xeyir-duası ilə ayrıca bir instituta çevrildiyini bildirib, həmçinin onun Azərbaycan elminə verdiyi dəyərdən, ədəbi-mədəni irsin qiymətləndi­rilməsi və sistemli şəkildə təbliğ olunması sahəsində gördüyü işlərdən söz açıblar.

Ədəbiyyat Muzeyi

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Mu­zeyində Ümummilli lider Heydər Əliyevin vəfatının 20 illinə həsr olunmuş anım günü ilə əlaqədar “Əbədi ömrün ilk əsri” adlı elmi sessiya keçirilib.

Əvvəlcə tədbir iştirakçıları muzeyin “İs­tiqlal” zalında təşkil edilmiş Ulu öndərin hə­yat və fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular. Sonra muzeyin direktoru akademik Rafael Hüseynov dünya şöhrətli azərbaycan­lı, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərin­dən danışıb. Bildirib ki, Azərbaycan nə qədər müstəqil olacaq, istiqlalımız nə qədər davam edəcək Heydər Əliyev də həmişə xalqın yad­daşında hörmət və ehtiramla xatırlanacaq.

Milli Kitabxana

Ümummilli liderin anım günü ilə bağlı keçirilən tədbirdə əvvəlcə dahi şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda çıxış edən kitabxananın direk­toru, professor Kərim Tahirov Ulu öndərin Azərbaycanı parçalanmaqdan qurtardığını, onun ideyalarının bu gün də yaşadığını de­yib. Bildirib ki, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti yaşadıqca Ümummilli liderin əziz xatirəsi də daim xatırlanacaq, unudulmayacaq.

Daha sonra tədbir iştirakçıları təşkil olun­muş sərgiyə baxıblar. Sərgidə kitabxananın fondunda qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar və sənədlər nümayiş olunub.

Yüksək Texnologiyalar Parkı 

Dahi rəhbərin anım günü ilə əlaqədar tədbir ulu öndərin müəssisədəki büstü önünə gül dəstələri qoyulmaqla başlanıb. Sonra Ümummilli liderin və şəhidlərimi­zin xatirəsi bir dəqiqəlik sükutla yad edi­lib.

Mərasimdə Yüksək Texnologiyalar Par­kının direktoru, iqtisad üzrə fəlsəfə dokto­ru Vasif Abbasov çıxış edərək vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Xalqımı­zın və dövlətimizin əldə etdiyi saysız uğurla­rın təməlində Heydər Əliyev siyasəti və onun işıqlı əməlləri dayanır. Ümummilli liderin si­yasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. 

Tədbirdə digər çıxış edənlər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbay­canın inkişafı üçün həyata keçirdiyi islahatların əhəmiyyətindən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində görkəmli şəxsiyyə­tin misilsiz xidmətlərindən bəhs ediblər.

Hazırladı:
Vaqif BAYRAMOV
XQ





Son xəbərlər