Ceyhun Bayramovun Moskva görüşləri

post-img

Dekabrın 5-də Moskvada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Xəzəryanı dövlətlərin xarici işlər na­zirlərinin Moskvada təşkil olunmuş görü­şü çərçivəsində baş tutan danışıqlarda Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən, regionda mövcud vəziyyət müzakirə edilib.

Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən, siyasi, iq­tisadi, ticarət, mədəni, humanitar və di­gər sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

O, danışıqlarda regional təhlükəsiz­lik, o cümlədən, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, eləcə də “3+3” formatında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək.

Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyə­də olduğunu qeyd edib. S.Lavrov iki ölkə­nin iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə əlaqədar bir sıra iri layihələr, o cümlədən “Şimal-Cənub” beynəlxalq dəhlizi çərçi­vəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Rusiyalı nazir Azərbaycan Pre­zidenti İlham Əliyevin təşəbbüsü ilə həya­ta keçirilən “3+3” platformasının perspek­tivli olduğunu qeyd edib.

Ermənistanın silahlandırılması bölgədə sülhə və sabitliyə təhdiddir

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Xəzər­yanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivə­sində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Görüşdə son aylarda yüksək səviyyə­də keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı is­tiqamətinə verdiyi töhfə yüksək qiymət­ləndirilib.

Tərəflər bölgədə nəqliyyat və kommu­nikasiya dəhlizlərinin inkişafı və genişlən­dirilməsi istiqamətində planları müzakirə ediblər. Bu xüsusda, “Azərbaycan Res­publikası Hökuməti ilə İran İslam Res­publikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zən­gəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunika­siya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin perspektivləri, Ermənistan tərəfindən törədilən maneçilik, habelə Qarabağ böl­gəsində antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə qar­şı tərəfə məlumat verib.

C. Bayramov Ermənistanın silahlan­dırılması səylərinin bölgədə sülhə və sa­bitliyə təhdid olduğunu vurğulayıb.

XQ

Son xəbərlər