Avroparlament beynəlxalq hüququ saya salmır

post-img

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir. 

Qeyd edilib ki, Avropa Parlamentinin, sanki, bölgədəki reallıqlardan heç bir anla­yışı yoxdur. Avropa Parlamentindəki həm­karlarımıza xatırladırıq ki, “Dağlıq Qarabağ münaqişəsi”, “Laçın dəhlizi” kimi artıq keç­mişdə qalmış məsələlərə istinad olunması ta­mamilə məntiqsizlikdir. 

Avropa parlamentarilərinin Avropa İtti­faqının Ermənistandakı missiyasının Azər­baycan ərazisində yerləşdirilməsi ilə bağlı çağırışı təhlükəli geosiyasi rəqabətin Cənubi Qafqaz regionuna gətirilməsi cəhdi kimi yol­verilməzdir və onların bəlli dairələrin Azər­baycana qarşı düşmənçilik fəaliyyətində alətə çevrildiyini göstərir.

Bəyanatda bildirilir ki, 2020-ci il noyab­rın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə Ermə­nistan silahlı qüvvələrinin Qarabağdan ta­mamilə çıxarılması ilə bağlı öhdəliyin məhz Ermənistan tərəfindən yerinə yetirilməməsi bu hesabatların müəlliflərinə çox yaxşı mə­lumdur. 

Hesabatlarda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suveren­liyini bərpa etməsinin hərbi təcavüz adlan­dırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək, ona qarşı sanksiyaların tətbiqinə çağırışların yer alma­sı Avropa Parlamentinin Xarici əlaqələr ko­mitəsinin məsələlərə ikili standartlar, dini və etnik simpatiya əsasında yanaşmasının, kor­rupsiyaya bulaşmasının bariz göstəricisidir.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər