Sahibə Qafarovanın Almaniya səfəri

post-img

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir. Səfər çərcivəsində S. Qafarova paytaxt Berlində yerləşən "GalleryBerlin"də təşkil olunan "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi ilə tanış olub. 

Parlamentinin Sədri, müa­sir müstəqil Azərbaycan döv­lətinin qurucusu və memarı Heydər Əliyevin misilsiz xid­mətlərindən söhbət açb, onun Azərbaycan mədəniyyətinə diqqət və qayğısı barədə fi­kirlərini bildirib. O, Prezident İlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, mədə­niyyət sahəsində də əsası ulu öndər tərəfindən qoyulmuş işləri uğurla davam etdirdiyini qeyd edib.

Milli Məclisin Sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəa­liyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində də olub. Spikeri burada Azər­baycan-Almaniya Forumunun üzvləri ilə görüşüb. 

S.Qafarova Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkə­mizdə həyata keçirilən isla­hatlar, Azərbaycandakı inves­tisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri barədə ge­niş məlumat verib.

Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Ber­lində Almaniya Bundestaqı­nın Almaniya–Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir müba­diləsi aparılıb. 

Görüşdə regionda möv­cud olan vəziyyət, Azərbay­canın işğaldan azad olun­muş ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdı­rılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəb­büsləri haqqında da məlumat verilib.

XQ

Son xəbərlər