Marneulidə Ümummilli liderə böyük ehtiram

post-img

Noyabrın 30-da Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə AZƏRTAC-ın təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi təşkil edilib. 

“Azərbaycan Evi”nin direktoru Məhəb­bət İmanov çıxış edərək tədbirin əhəmiy­yətindən danışıb. Bildirib ki, Ulu öndərin xatirəsinə həsr olunmuş konfrans və sər­ginin təşkili təkcə Tbilisidə deyil, Marneu­lidə və Gürcüstanın digər bölgələrində də keçirilməsi Ulu öndərə hörmət və ehtira­mın, sevginin bariz nümunəsidir.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək, Ümum­milli liderin həyat və fəaliyyətindən, Azər­baycan-Gürcüstan münasibətlərinin inkişa­fındakı xidmətlərindən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin təkcə Azərbay­can xalqı deyil, gürcü xalqının da qarşısın­da danılmaz, böyük xidmətləri olub. 

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Ləti­fov bildirib ki, səfirlik tərəfindən hazırla­nan “Heydər Əliyev İli” tədbirlər planına əsasən Gürcüstanda da silsilə tədbirlər keçirilib. Tbilisidəki Botanika bağında "Heydər Əliyev adına nar bağı" salınıb, paytaxtda, regionlarda böyük sərgilər, konsert və digər tədbirlər təşkil olunub. 

Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Ma­maladze çıxışında Heydər Əliyevlə bağ­lı görüşlərini xatırladıb. Ulu öndərin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin xatirəsi daim gürcü xalqının xatirəsində yaşayacaq.

Daha sonra Marneuli bələdiyyəsi səd­rinin müavini Rövşən İskəndərov, tarixçi alim, Gürcüstan parlamentinin sabiq de­putatı Ramiz Bəkirov, Marneuli sakrebu­lunun üzvü Anar Piriyev, sabiq deputat Hidayət Hüseynov və başqaları Ulu öndər haqqında xatirələrini bölüşüb, onun gürcü xalqı qarşısındakı xidmətlərindən danı­şıblar.

XQ

Son xəbərlər