Regionların inkişafında Heydər Əliyev irsi

post-img

Noyabrın 30-da Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib. 

Milli Məclisin Regional məsələlər ko­mitəsinin sədri Siyavuş Novruzov Ümum­milli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. 

Tədbirdə deputatlar Kamran Bayra­mov, Ziyad Səmədzadə, Naqif Həmzəyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Səbinə Xasayeva, Rauf Əliyev, İlham Məmmədov, Cavid Osma­nov, Etibar Əliyev, Müşfiq Cəfərov, Arzu Nağıyev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələ­diyyələrlə iş sektorunun müdiri Fərid Əli­yev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov və Bakı şəhəri Nərimanov rayon bələdiyyə­sinin sədri Təmraz Tağıyev çıxış edərək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsi barədə fikirlərini bildiriblər, onun hakimiyyətdə ol­duğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstər­diyini, həmin dövrlərdə ölkə həyatının bü­tün sahələrinin inkişaf etdiyini deyiblər. 

XQ

Son xəbərlər