Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə xarici KİV Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.
Qeyd edək ki, SPECA 1998-ci il martın 26-da Mərkəzi Asiya ölkələrinin prezidentləri və BMT-nin İqtisadi Komissiyasının icraçı katibləri tərəfindən imzalanmış Daşkənd Bəyannaməsi ilə təsis edilib. Hazırda SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Bu il proqrama Azərbaycan sədrlik edir.
Rizvan FIKRƏTOĞLU
XQ