Ermənistanda çağırışçıların sayı 44 mindən 24 minə düşüb

post-img

“Statistika göstərir ki, çağırışçılarımızın sayı ildən-ilə azalır. Son 15 ildə hər il bizdə əvvəlki ilə nisbətən daha az çağırış var ki, bu da narahatlıq doğurur”.

Bunu Ermənistan Milli Assambleyasının Paşinyanın partiyasından olan deputatı Hayk Sarkisyan jurnalistlərlə görüşündə deyib.

“Bu sahə tənzimlənməsə, vətəndaşlar xidmətdən yayınacaq, ölkəni tərk edəcəklər. Hərbi qulluqçuların sayı 44 mindən 24 minə qədər azalıb”, - deyə deputat bildirib.

 

Rizvan FIKRƏTOĞLU

XQ

Son xəbərlər