FHN-in qurumları və regional mərkəzlərində silsilə tədbirlər

post-img

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiy­yətindən danışılıb, rəşadətli Azər­baycan Ordusunun misilsiz qəhrə­manlığından söz açılıb. Bildirilib ki, Vətən torpaqlarının bütövlüyü uğ­runda qəhrəmancasına mübarizə aparan igid əsgər və zabitlərimizin misilsiz sücaəti sayəsində düşmən ordusu darmadağın edilib, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad edilib və ölkəmi­zin ərazi bütövlüyü bərpa olunub. Diqqətə çatdırılıb ki, əldə olunmuş tarixi Zəfər yenilməz Azərbaycan Ordusunun qüdrətinin bariz göstə­ricisi, Prezident–Xalq sarsılmaz bir­liyinin böyük təcəssümüdür.

Təbirlərdə bu ilin sentyabr ayının 19-dan başlayaraq Qarabağda hə­yata keçirilən, cəmi 23 saat davam edən lokal xarakterli antiterror təd­birlərinin əhəmiyyətindən söz açılıb və bildirilib ki, bu əməliyyat nəticə­sində respublikamızın suverenliyi tam bərpa olunub. Qeyd olunub ki, həm 44 günlük Vətən müharibəsinin yekununda qazanılan tarixi Zəfər, həm antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə xalqımıza misil­siz qürur hissi yaşadıb.

XQ

Son xəbərlər