Gəncəli alimlərin Zəfər konfransı

post-img

Tədbir iştirakçıları əvvəlcə Zəfər Günü münasibətilə hazırlanmış sərgiyə baxmışlar. Daha sonra bölmənin böyük konfrans zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlamışdır.

AMEA Gəncə Bölməsinin sədri, aka­demik Fuad Əliyev tədbiri giriş sözü ilə açaraq, iştirakçıları və qonaqları salamla­mış, millətimiz üçün çox qürurlu və əziz bir tarixi an olan Zəfər Gününə həsr olunmuş konfransı vacib elmi toplantı kimi xarakte­rizə etmişdir. O, Zəfər Gününü müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək vurğula­mışdır ki, məhz cənab Prezidentimizin rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan Əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlü­yü tam bərqərar olub.

Konfransda Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru İmran Qasımov “Azərbaycan tarixinə şəhidlərin qanı ilə yazılmış Zəfər Günü”, AMEA Gən­cə Bölməsinin Nizami Gəncəvi Mərkəzi­nin direktoru Əlimuxtar Muxtarov “İlahi və dünyəvi ədalətin təntənəsi — Qarabağ zəfəri”, AMEA Gəncə Bölməsinin Diyar­şünaslıq İnstitutunun böyük elmi işçisi Mətanət Əliyeva “Şuşa zəfəri tarixi qələ­bəmizin qürur səhifəsidir”, AMEA Gəncə Bölməsinin Elmi katibi Elnur Həsənov “Müzəffər Ali Baş Komandanın qələbə­si gənclər üçün örnəkdir”,Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Qarabağ zəfərindən Zəngəzura gedən yol”, AMEA Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Azər­baycanın qələbəsinin beynəlxalq geosi­yasi təhlükəsizliyin təminatı proseslərində rolu”, AMEA Gəncə Bölməsi Elmi kitabxa­nasının müdiri Vüsalə Hüseynova “Qara­bağ zəfərinin müasir elmi ədəbiyyatlarda əks olunması” mövzuları üzrə məruzələr­lə çıxış ediblər.

Toplantıda, həmçinin AMEA Gən­cə Bölməsi Həmkarlar təşkilatının sədri Nailə Hacıyeva çıxış edərək bölmə rəh­bərliyinin qərarı ilə burada çalışan, tor­paqlarımızın bütövlüyü naminə birinci və ikinci Qarabağ müharibələrində döyüş­müş əməkdaşlara Zəfər Günü münasibə­tilə pul mükafatlarının ayrılması barədə məlumat vermişdir. 

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Zəfər Gününə həsr edilən bu tədbirin yüksək səviyyədə keçirildiyini qeyd edərək akademik Fuad Əliyevin rəhbərliyi altında AMEA Gəncə Bölməsinin şəhərin ictimai həyatında da daim fəal mövqe tutuduğunu bildirmişdir.

Hamlet QASIMOV,
XQ –nin bölgə müxbiri

Sosial həyat