Manisa Azərbaycan Kültür Evi Təşkilatı Dövlət Müstəqilliyi Günü münasibətilə xalqımızı təbrik edib

post-img

Manisa Azərbaycan Kültür Evi Təşkilatının prezidenti Yalçın Taşdemir dost və qardaş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını və türk xalqını təbrik edib.

Manisa Azərbaycan Kültür Evi Təşkilatının prezidenti Yalçın Taşdemir dost və qardaş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını və türk xalqını təbrik edib. Taşdemir deyib: “Dost və qardaş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Böyük Şəxsiyyətinizi və Azərbaycan xalqını türk milləti və şəxsən öz adımdan ən səmimi hisslərlə təbrik edirəm. Türkiyə Böyük Şəxsiyyətinizin rəhbərliyi ilə Azərbaycan Respublikasının atdığı addımları təqdirlə izləyir. Azərbaycan xalqının xoşbəxtliyi türk xalqının da xoşbəxtliyidir. Türkiyə dost və qardaş Azərbaycanın yaxşı və pis günlərini paylaşmağa davam edəcək. Ölkələrimiz arasında qurulan münasibətlərin sürətlə inkişafı, hər bir sahədə qabaqcıl səviyyəyə çatması əməkdaşlığımızın və həmrəyliyimizin təminatıdır. Biz bu möhkəm təməllər üzərində institusionallaşma və dərinləşmə yolu ilə əlaqələrimizin daha da irəli getdiyini görməkdən məmnunuq. Fürsətdən istifadə edərək, bir daha Türkiyə xalqı adından və şəxsən öz adımdan Böyük Şəxsiyyətinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına firavanlıq arzularımı bir daha bildirirəm”.

Son xəbərlər