Araik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib

post-img

Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğu tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Araşdırmalar zamanı Azər­baycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəl­lüdlü Araik Arutyunyan tərəfin­dən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının pre­zidenti” və digər adlar altında təcavüzkar müharibənin aparıl­masında iştirakı, muzdluların yığılması, təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə­sinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq hu­manitar hüquq normalarının po­zulmasına, silahlı münaqişə döv­ründə cinayətkar əmr verilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Araik Arut­yunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılma­sına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komp­lekt hissələri, döyüş sursatı, part­layıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkilinə, eləcə də qa­çaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair əsaslı şübhələr müəyyən olunmuşdur.

İstintaq-əməliyyat tədbirlə­ri nəticəsində, həmçinin, Araik Arutyunyan tərəfindən Azərbay­can Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yer­ləşən, əhalinin sıx məskunlaşdığı Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki ob­yektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürül­məsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilmə­si, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədil­məsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Araik Arutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəllə­sinin müvafiq maddələri ilə təq­sirləndirilən şəxs qismində onun barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa ve­rilmişdir.

Cari il oktyabrın 3-də Araik Arutyunyan Dövlət Təhlükəsiz­liyi Xidməti tərəfindən Xankən­di şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə it­tiham elan edilmişdir.

Hazırda Dövlət Təhlükəsiz­liyi Xidməti və Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalın­maz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XQ

Son xəbərlər