Qarabağda qanunsuz silahlı birləşmə yaradanlar zərərsizləşdiriliblər

post-img

Arkadi Qukasyan, Bako Sahakyan və Davit İşxanyanın həbsi ilə bağlı DTX-dən açıqlama

Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi davam etdirilir.

Araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxan­yan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin mü­vəqqəti icraçısı” və digər adlar altında Azər­baycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin for­malaşdırılması və fəaliyyətinin təşkilinə, ha­belə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxs­lərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi tex­nika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, da­şınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilava­sitə və dolayısı ilə qanunsuz silahlı birləş­mələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək, həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə ter­rorçuluğun maliyyələşdirilməsinə dair əsaslı şübhələr müəyyənləşmişdir.

Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azər­baycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silah­dan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkili, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismin­də digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi poz­maq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilat­lar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olma­sı, onların sağlamlığına zərər vurulması, əhə­miyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkət­lər törədərək, terror aktlarının təşkilinə əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azər­baycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, hə­min şəhərdə anadan olmuş 1960-cı il təvəl­lüdlü Bako Sahakyan və Azərbaycanın Xo­cavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respub­likası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qur­ğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qa­nunsuz olaraq odlu silah, onun komplekt his­sələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəz­dirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar ya­ratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb olunmuşlar.

Hazırda cinayət işi üzrə istintaq-əməliy­yat tədbirləri aparılır. 

XQ





Son xəbərlər