“Araik Arutyunyanın həbs edilməsi Azərbaycanın haq işinin növbəti qələbəsidir və benəlxalq hüququn tələbidir”. İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Regional Nümayəndəliyinin direktoru‚ beynəlxalq antiterror mütəxəssisi Mirsamir Məmmədov bu açıqlamasının davamında bildirib:
– Xocalı soyqırımında fəal iştirak etmiş, 2020-ci ilin Vətən müharibəsində Gəncə‚ Bərdə şəhərlərini, digər bölgələri raket-artilleriya atəşinə tutdurmuş, davamlı hərbi təxribatlar‚ terrorlar, milli‚ irqi və dini zəmində ağır cinayətlər törətmiş Araik Arutyunyanın həbs edilməsi ədalətin təntənəsidir. Bununla da bütün mənfur düşmən qüvvələrin‚ ermənilərin bütün havadarlarının məkrli oyunları‚ ermənipərəst dövlətlərin və ermənipərəst mərkəzlərin məkrli planları alt-üst oldu və iflasa uğradı.
Artıq bütün dünya, xüsusən Azərbaycana qarşı məkrli planlar quran və anti-kampaniyalar həyata keçirən avantürist qüvvələr anlamalıdır ki‚ Azərbaycanda separatizmə yer yoxdur. Düşmən dairələr bu ölkədə forpost qüvvə yaratmaq siyasətindən birdəfəlik əl çəkməlidir. İnsanlıq əleyhinə cinayət törədən Xankəndi xuntasının keçmiş əliqanlı rəhbəri qanunu cəzasını almalıdır.
XQ

