Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 353 Bakı şəhəri, 4 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmala­rın) Təsnifatı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325; 2017, № 4, maddə 620, № 7, maddə 1500; 2018, № 11, maddə 2452; 2019, № 2, maddə 343, № 7, maddə 1355; 2020, № 1, maddə 81; 2022, № 6, maddə 690; 2023, № 4, maddə 596) ilə təsdiq edilmiş “Ali təhsi­lin magistratura səviyyəsi üzrə bəzi ixti­sasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin: 

1. “Magistratura səviyyəsi üzrə” böl­məsində “XTM060010 Sərhəd təhlükə­sizliyi və idarəetmə - Sərhəd təhlükə­sizliyi və idarəetmə (sahələr üzrə)” sətri aşağıdakı redaksiyada verilsin: 

“XTM060010*** Sərhəd təhlükəsizliyi və idarəetmə - Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)”.

2. Təsnifatın sonunda göstərilmiş qeyd hissəsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: 

“*** Bu ixtisasa aldıqları ixtisasdan asılı olmayaraq, Azərbaycan Respublika­sının Dövlət Sərhəd Xidmətində xidmət edən ali təhsilli zabitlər Dövlət Sərhəd Xidmətinin Akademiyasının qəbul şərtlə­rinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları