Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 354 Bakı şəhəri, 4 oktyabr 2023-cü il

“Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətin­də olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından ya­radılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr ta­rixli 350 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının döv­lət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sent­yabr tarixli 350 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084, № 12, maddə 1566; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 275 nömrəli Qərarı) aşağıdakı də­yişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “və dövlət adından yaradılan publik hüquqi şəxslər” sözləri “, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid in­dekslərin Siyahısı” üzrə:

2.1. adında “və dövlət adından ya­radılan publik hüquqi şəxslər” sözləri “, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar” sözləri ilə əvəz edilsin;

2.2. 3-cü hissəyə aşağıdakı məzmun­da əlli dördüncü abzas əlavə edilsin:

“3-53/ Azərbaycan Dövlət Su Ehtiyat­ları Agentliyi”;

2.3. aşağıdakı məzmunda 19-cu his­sə əlavə edilsin:

“19. Komissiyalar

19-1/ Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası 

19-2/ Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası

19-3/ Əsir və itkin düşmüş, girov gö­türülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 

19-4/ İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası”.

2.4. “Qeydlər”in 1-ci abzasında “dövlət orqanına (qurumuna)” sözlə­ri “Azərbaycan Respublikasının dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və dövlət adından yaradılan publik hüquqi şəxslərə və komissiyalara (bundan sonra – dövlət orqanı (qurumu)” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları