Bakıda “SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar” mövzusunda sessiya

post-img

Milli Kosmik Siyasət kosmik sektorun milli iqtisadiyyata töhfəsini artırmaq və kosmik agentliklərin regional və beynəlxalq mövcudluğunu təşviq etmək məqsədi daşıyır.

Siyasət ölkələrin kosmik sənayesi və 2030-cu ilə qədərki illər üçün fəaliyyətlə­ri, o cümlədən kosmosla bağlı hökumət fəaliyyəti, kommersiya fəaliyyətləri, döv­lət və özəl sektorlar, akademik institutlar, tədqiqat və inkişaf mərkəzləri tərəfindən həyata keçirilən elmi fəaliyyətlər üçün ümumi çərçivəni müəyyən edir.

Bu barədə oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən “SPACE 2030: QLOBAL Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar” mövzusunda sessiyada bildirilib.

Sessiyanın moderatoru “Azərkos­mos”un sədr müavini Dunay Bədirxanov iştirakçılara Azərbaycan Kosmik Agentli­yinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov, İsrail Kosmik Agentli­yinin direktoru Uri Oron, Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Serdar Hü­seyin Yıldırım və Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Malik Oljabekov barədə məlumat verib.

Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, kosmos ekosistemində, kosmik iqtisa­diyyatda əhəmiyyətli imkanlar təqdim edir, kosmos elmi və texnologiyasının DİM-lə­rinin (Davamlı İnkişaf Məqsədlər) həyata keçirilməsinə kömək etmək üçün əvəzsiz alətlər kimi istifadəsinə töhfə verir.

Panel müzakirələri kosmik məsələlər­lə bağlı yaranan siyasət müzakirələrini əhatə edəcək və kosmos ekosistemində problemlərin və dəyişikliklərin effektiv həl­li üçün hökumətlər, sənaye və özəl sektor, akademik və cəmiyyət arasında dialoqu dəstəkləmək və təşviq etmək üçün ma­raqlı tərəflərlə əlaqəni davam etdirəcək.

Azərbaycan 2030-cu ildə Aya və Marsa missiya göndərməyi planlaşdırır 

Azərbaycan son 10 ildə kosmik sahə­nin inkişafına 600 milyon dollar investisi­ya yönləndirib.

Bu sözləri "SPACE 2030: Qlobal Kos­mos İqtisadiyyatında Siyasət və Strategi­yalar" mövzusunda sessiyada çıxışında Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbay­can hökuməti kosmos proqramını davam etdirəcək. 

S.Əsədov sonra bildirib ki, Azərbay­can Aya və Marsa 2030-cu ildə missiya göndərməyi nəzərdə tutur.

Serdar Hüseyin Yıldırım: “IAC-2023” bütün kosmik insanları birləşdirən mötəbər platformadır

Ölkəmizin nailiyyətlərini bu Konqres və sərgidə nümayiş etdirməkdən şərəf duyuruq. Bakıda keçirilən Beynəlxalq Ast­ronavtika Konqresi (“IAC-2023”) sözsüz ki, qardaş ölkəmiz Azərbaycanda, dünya­nın hər yerindən olan “Bütün kosmik in­sanları birləşdirən” mötəbər platformadır. 

Bu sözləri Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin Yıldırım deyib.

TUA prezidenti bildirib ki, “IAC-2023”ün sponsoru olmaq TUA üçün Tür­kiyənin ən sürətlə inkişaf edən şəhərlə­rindən olan Antalyada “IAC-2026”ya ev sahibliyi etmək öhdəliyimizi təsdiqləmək üçün bir şansdır.

XQ

Son xəbərlər