İran 3+3 formatını dəstəkləyir

post-img

Rəsmi Tehran Qafqaz regionunda sülh və sabitliyin hökm sürməsində maraqlıdır və buna görə də bəyan etmişdir ki, İran işğal olunan Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarıdır.

Bu sözləri İranın Xarici İşlər Nazirli­yinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi həftəlik mət­buat konfransında deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açıl­masının zəruriliyi barədə fikirlərinə də münasibət bildirib: “Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kom­munikasiyaların inkişafının tərəfdarı­yıq. İran region dövlətlərinin arasındakı məsələlərin 3+3 formatında həll olun­masını istəyir və bölgəyə kənar qüv­vələrin cəlb edilməsinin əleyhinədir”.

N.Kənani qeyd edib ki, Azərbayca­nın rəsmi şəxslərinin İrana səfəri ha­zırlanır: “Bu səfərlə bağlı işlər və danı­şıqlar aparılır. Ümid edirik ki, səfər baş tutacaq və Azərbaycanın İrandakı səfir­liyi fəaliyyətini bərpa edəcək”.

XQ

Son xəbərlər