Bir həftəyə 380 yoluxma

post-img

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 380 yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanın­da operativ qərargahdan verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə, ümu­milikdə, 833 min 189 nəfə­rin koronavirus infeksiyası­na yoluxması faktı müəyyən edilib, onlardan 822 min 484 nəfər müalicə olunaraq sağalıb, 10 min 332 nəfər vəfat edib. Aktiv xəstə sayı 373 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 856, bu günə qədər isə, ümumilikdə, 7 milyon 688 min 73 test icra olunub. 

XQ

Səhiyyə