Ermənilər məscidlərimizi təhqir etməkdən çəkinməyiblər

post-img

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən məscidlərimizin ermənilər tərəfindən təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb.

Şuşa rayonunun Malıbəyli kəndində XVII əsrdə tikildiyi ehtimal edilən Malıbəy­li məscidinin də vaxtilə işğal altında olan digər məscid və abidələrimiz kimi heyvan axırı qismində istifadə olunduğu aşkarla­nıb.

Qeyd edək ki, Malıbəyli məscidinin minarəsi hələ 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən uçurdulub, ta­vanı bir neçə yerdən yandırılaraq yararsız hala salınıb.

XQ

Son xəbərlər