Faktiki hava: Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub

post-img

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən  verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 155 (aylıq normanın 183), Zaqatalada 84 (aylıq normanın 99), Şəkidə 46 (aylıq normanın 68), Qəbələdə 24 (aylıq normanın 31), Astarada 18, Oğuzda 13, Lənkəranda 12, Altıağacda 10, Xaltanda 7, Qrız, Şahdağda 6, Qusar, Quba, Yardımlı, Sabirabad, Cəfərxan, Bakı və Abşeron yarımadasında 5 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatalada saniyədə 25-30, Şəki, Goranboy, Naftalan, Tərtərdə 18 metrədək güclənib. Sentyabrın 7-də Zaqatala rayonunun Masex kəndinə dolu düşüb.

Leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 7-də Zərdab rayonu ərazisindən keçən Qarasuçay, Qəbələ rayonu ərazisindən keçən Tikanlıçay, Quba rayonu ərazisindən keçən Vəlvələçay, Zaqatala rayonu ərazisindən keçən Böyükçay, sentyabrın 8-də isə Şəki rayonu ərazisindən keçən Çuxadurmazçay və Damarçınçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qax rayonu ərazisindən keçən Ağçay və Kürmükçay çaylarından sel keçib.

Son xəbərlər