Bu gün “AVRO-2024”-ün daha yeddi oyunu keçiriləcək

post-img

“XQ” UEFA-nın saytına istinadən xəbər verir ki, gecənin ilk matçı A qrupunda Gürcüstan və İspaniya milliləri arasında baş tutacaq. Qrupun digər görüşündə Şotlandiya yığması səfərdə Kiprin qonağı olacaq.

D qrupunda Türkiyə millisi doğma meydanda Ermənistanı, Xorvatiya isə Latviyanı sınağa çəkəcək.

J qrupunda isə üç qarşılaşma keçiriləcək. Lider Portuqaliya səfərdə Slovakiya ilə üz-üzə gələcək. Bosniya və Herseqovina Lixtenşteyni, Lüksemburq isə İslandiyanı qəbul edəcək.

 

Elçin ABBASOV,

“XQ”

İdman