Müdafiə Nazirliyinin məlumatı

post-img

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirilib ki, bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.
Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.
“Yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda vurğulanıb.

***

Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Müdafiə Nazirliyindən XQ-yə bildirilib ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məllumatda  Ermənistan silahlı qüvvələri bölmələrinin həmin istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanmışdı.  Ona  dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.

***

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirilib.
“Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır”, - deyə məlumatda vurğulanıb.

***

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır. Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib edir.
XQ xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

***

Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur.
XQ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur, deyə məlumatda bildirilir. 

XQ

Son xəbərlər