Azərbaycan icması Praqada aksiya keçirdi

post-img

ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Azərbaycan icmasının fəalları tərəfindən Ermənistanı ifşa edən aksiya keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsin­dən “XQ”yə verilən məlumatda bildirilir ki, aksiya zamanı “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, mühari­bəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Azərbaycan torpaqlarında Ermənistan əsgəri olmamalıdır!”, “Er­mənistan, hücumu dayandır!”, “Ermə­nistan, bizim torpaqlarımızın minalan­dırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Azər­baycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!”, “Ermə­nistan İrəvandakı Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanına son qoyulsun!”, “Ətraf mühitə düzəldilməsi mümkün olmayan ziyanın vurulmasına son qo­yulsun!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.

Aksiya ilə maraqlanan Praqa sakin­lərinə Ermənistanın ölkəmizə qarşı hər­bi və ekoloji cinayətləri barədə ətraflı məlumat verilib.

Son xəbərlər