Karen Matevosyan barəsində həbs qətimkan tədbiri seçilib

post-img

Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluqdan “XQ”yə bildi­rilib ki, iş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) mad­dələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barə­sində məhkəmənin qərarı ilə həbs qə­timkan tədbiri seçilib.

Son xəbərlər