Hərbçilərimiz beynəlxalq təlimdə

post-img

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində "Agile Spirit 2023" çoxmillətli hərbi təlimində iştirak edirlər. 

Müdafiə Nazirliyindən “XQ”ə bildirilib ki, taktiki və koman­da-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edir­lər. 

Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliy­yətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyə­tin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəl­dilib.

“Xalq qəzeti”

Son xəbərlər