Kanadada Heydər Əliyev Mərkəzi yubiley konsertinə hazırlaşır

post-img

Kanadanın Ontario əyalətində yerləşən Niaqara-Fols şəhərindəki “Mount Carmel Spiritual Centre” konsert zalında avqustun 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil ediləcək. 

Bu barədə  “Music Niagara Festival”ın “İpək yolu” komitəsinin sədri, Kanadada Heydər Əliyev Mərkəzinin prezidenti, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev bildirib.

“Kanadada Heydər Əliyev Mərkəzinin “Mədəniyyətlərin və sivilizasiyaların dünya irsi” adlı devizini diqqətə alaraq biz müxtəlif ölkələrdən olan musiqiçiləri konsertimizdə iştirak üçün dəvət etmək və tədbiri “One World Family” şüarı altında keçirmək qərarına gəldik. Konsertdə əsasən Böyük İpək yolu üzərində yerləşən ölkələrdən olan nümayəndələr – Çin, Hindistan, türk və İran əsilli musiqiçilər iştirak edəcəklər”, - deyə İ.Hacıyev qeyd edib.

“Xalq qəzeti”

 

Son xəbərlər