Ulu öndərin 100 illiyinə həsr olunmuş layihə

post-img

Azərbaycan Diasporuna Dəstək Fondunun Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qardaşlaşmış Qarabağ məktəbləri” layihəsinə yekun vurulub.

Layihə avqustun 7-13-də İsveçrədə baş tutub. Layihə çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam, Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan şəhər məktəblərinin şagirdləri İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbinin şagirdləri ilə birlikdə “Juvenat” düşərgəsində yerləşiblər. Layihədə Azərbaycandan 17 şagird və 2 müəllim, İsveçrədən 11 şagird və 2 müəllim iştirak edib. Düşərgəyə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov rəhbərlik edib.

Düşərgə zamanı şagirdlər Qarabağın tarixi haqqında məlumatlandırılıb, mədəni-maarifləndirici panellərdə iştirak ediblər, Bern, Balenberq və digər şəhərlərin görməli yerləri ilə tanış olublar. Həmçinin İsveçrə parlamentinə, müxtəlif muzeylərə səfər ediblər, təbiət gəzintiləri, əyləncəli oyunları və təcrübə mübadiləsi ilə məşğul olublar.

“Xalq qəzeti”

 

Son xəbərlər