2023-cü il noyabrın 16-17-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransda Zəngəzur dəhlizinin region ölkələrinin iqtisadiyyatına və dünya ticarətinə təsirləri, dəhlizin texniki-iqtisadi və maliyyə təminatı məsələləri və dəniz daşımalarına mümkün təsirləri kimi problemlər müzakirə olunacaq.
Tədbirə nəqliyyat, logistika, kommunikasiya sahələrini idarə edən dövlət qurumlarının, Orta Dəhliz üzərində yerləşən ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycandan və xarici ölkələrdən olan alimlər, ölkələrarası daşımaçılıq üzrə ekspertlər dəvət edilirlər.
Konfrans iki gün ərzinda Zəngilan və Bakıda əyani formada keçiriləcək. Məruzə və müzakirələrin İnternet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək. Konfransın işçi dilləri – Azərbaycan, türk, ingilis və rus dilləridir.
İştirak üçün müraciətlər, məqalələr və məruzə tezisləri 2023-cü il oktyabrın 15-dək bu elektron ünvana göndərilməlidir: [email protected].
Konfransın materialları kitab şəklində nəşr olunacaq. Təqdim olunan əsərlərin tərtibi qaydaları ETN İqtisadiyyat İnstitutunun saytında yerləşdirilib. (http://economics.com.az/).
Əlavə məlumatları Təşkilat Komitəsinin əlaqələndiricisi, i.f.d., dosent Azər Səfərovdan almaq mümkündür (mob.: +994 50 747 26 49).