Qarabağda baş verənlər dünya üçün olduqca maraqlıdır

post-img

Şuşa Qlobal Media Forumunda iştirak edən “TRT World”ün müxbiri Oubay Şahbandar Qarabağda gördükləri ilə bağlı bildirib:

– Bu, mənim Şuşaya ilk səfərimdir. Hərbi müxbir olaraq 44 günlük müha­ribədən dərhal sonra Qarabağa səfər etmək imkanımız oldu. Bu ərazilərdə aparılan yenidənqurma işlərini görmək və Azərbaycan hökumətinin nümayən­dələrindən onların buraları bərpa et­mək niyyətində olduqlarını eşitmək çox xoşdur. 

Bir jurnalist kimi Qarabağdakı fakt­ların şahidi olmaq və reallığı yerində dərk etmək üçün buraya səfərə gəl­mək baş verənləri dünyadakı izləyicilə­rimizə çatdırmaq baxımından əla für­sətdir. Eləcə də Şuşada baş verənlər dünya üçün olduqca maraqlıdır. 

“Xalq qəzeti”

Son xəbərlər